Təbiətə zərər vuranların cəzası ağır olacaq

Təbiətə zərər vuranların cəzası ağır olacaq
\"Təbiətə vurulan zərərlə bağlı yeni sənəd hazırlanır. Bu sənəddə qanun pozuntusuna yol vermiş şəxslərə qarşı cəzalar daha da sərtləşdiriləcək\". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov bildirib. Nazirin sözlərinə görə, ümumilkdə 30-35 minə qədər qanunsuz ağac qırımı faktı aşkarlanıb. Bu da ağacların qırılması ilə bağlı 80% göstərici deməkdir: \"Amma biz bu göstəricini 100 % qədər qaldırmaq istəyirik. Son illər Azərbaycanda qazlaşma prosesi sürətlənib. Bu da ağacların qırılması hallarının azalmasına səbəb olub. Bu, ümumilkdə müsbət nəticədir\".

Bütün xəbərlər Facebook səhifəmizdə