Bakı İstintaq Təcridxanasında keçirilən monitorinqin nəticələri bəlli olub
İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında keçirdiyi monitorinqin nəticələrinə həsr olunan mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, mətbuat konfransında qeyd olunub ki, İşçi Qrupda Azərbaycanın insan hüquqları təşkilatlarının nümayəndələri ilə yanaşı, xarici ekspertlər də təmsil olunur.
Monitorinqin nəticələri barədə məlumat verən Belçika Konstitusiya Məhkəməsinin üzvü Jan Pol Muraman deyib ki, təcridxanada 1700-dək şəxs saxlanılır, onların 90 faizindən çoxunun əməlləri hüquqi baxımdan sübuta yetirilib. Ekspert təcridxanada saxlanılanların hüquqlarının yüksək səviyyədə təmin olunduğunu, onlara ailə üzvləri və vəkilləri ilə görüş üçün şərait yaradıldığını, müdafiə sənədləri ilə tanış olmaq imkanı verildiyini vurğulayıb. İşçi Qrup üzvləri ümumilikdə monitorinqin nəticələrindən razı qaldıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB