Daşnaklar qorxuya düşüb

Ermənistan parlamentinin Daşnaksütyun fraksiyasının rəhbəri Vahan Ovanisyan deyib ki, bir qədər sonra Ermənistan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin acı nəticələrini görəcək.

V.Ovanisyan vurğulayıb ki, Ermənistan hakimiyyətinin apardığı siyasət daim belə uğursuz nəticələr verəcək. Azərbaycan Təhlükəsizlik Şurasında veto hüququna malik olmasa da, təşkilatın gündəliyini formalaşdırmaq hüququna malikdir. Təbii ki, Bakı bundan istifadə edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə