Daxili İşlər naziri Sergey Stepaşini ilə görüşüb

Daxili İşlər naziri Sergey Stepaşini ilə görüşüb
Azərbaycan Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan nazir kriminogen durumla bağlı məlumat vermiş, rəhbərlik etdiyi qurumda aparılan islahatlardan, ölkələrimizin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrdən danışıb. Rusiya Federasiyası Hesablama Palatasının sədri ölkəmizdə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasından məmnunluğunu bildirib, Azərbaycanda son dəfə 5 il bundan əvvəl olduğunu, ötən müddət ərzində paytaxt Bakının tanınmaz dərəcədə dəyişdiyini və müasir Avropa şəhərlərindən birinə çevrildiyini deyib. Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə