Yeni zooloji park tikilir

Bakıda Ceyranbatan qoruğu ərazisində yeni zooloji parkın yaradılması məqsədi ilə torpaq sahəsinin ayrılması nəzərdə tutulub. SİA-nın verdiyi xəbərə görə, zooloji parkın inşası əvvəlcə Qobu kəndi ərazində nəzərdə tutulsa da, sonradan Ceyranbatan qoruğu ərazində inşa edilməsi qərara alınıb.

Qeyd edək ki, bu xəbəri ekologiya və təbii sərvətlər naziri Huseynqulu Bağırov açıqlamasında bildirib.


İlahə Vəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə