Qış qapının ağzını kəsib. Soyuğun acığını ağaclardan çıxanların da sayı artıb. Bərdənin odun bazarında yaşananlar bunu deməyə əsəs verir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, havaların soyuması odun bazarına canlanma yaradıb. Havalar soyduqca odunun bazarinda alıcılarının sayı çoxalır.
Əsasən dağlıq rayonlarından odun gətirdiyini deyən satıcılar soyuq havada odunlarının daha yaxşı getdiyini deyir. Bazarda odun hisələrə bölünür və satılır.
Keçən ilki qışla müqayisədə bu il odun ucuzdur. Bu qış odunun qiyməti 10 faizə qədər bahalaşıb. Hazırda Bərdə və ətraf rayonlarda təbii qaz çəkilməyən kəndlər var ki, insanlar istiliyə olan tələbatını ödəmək üçün odun almaq məcburiyyətindədir.
\"Kamaz\" markalı yük maşını ilə bir cərgə odunun qiyməti ağacın növündən asılı olaraq 90-100 manat, parçalanmış halda isə 100 ədəd odunun qiyməti 10 manatdır.
Şamxal AdıgözəlovBütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB