Ucqar kəndlərdə pensiyaları plastik kartla alanların sayı 2873 nəfər artıb
Cari ilin 9 ayında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən pensiyaların plastik kartlarla ödənişinin ucqar kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri davam etdirilib. SİA-nın xəbərinə görə, kəndlərdə vətəndaşların öz xahişləri əsasında pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində müvafiq addımlar atılıb. 01 oktyabr 2011-ci il tarixə olan statistikaya əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ucqar kəndlərdə pensiyaları plastik kartla alanların sayı 2873 nəfər artıb.
Hazırda kəndlərdə yaşayan əmək pensiyaçılarının 98,9 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Ümumilikdə, Azərbaycanda pensiyaçıların plastik kartlarla təminatı 99,4 faiz təşkil edir. Qeyd olunan göstərici üzrə ölkəmiz bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB