Qızrğız Müxalfəti seçkilərin nəticələri ilə razılaşmır

Qızrğız Müxalfəti seçkilərin nəticələri ilə razılaşmır

Qırğızıstanda bazar günü keçirilən prezident seçkilərində məğub olan namizədlər seçkinin nəticələrini qəbul etməyiblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, seçkilərdə 14.74 faiz səslə ikinci olan Bütöv Qırğızıstan Partiyasının sədri Adahan Madumarov partiyanın qərargahında keçirdiyi mətbuat konfransında seçkinin nəticələrini qəti şəkildə rədd etdiklərini bildirib. Qırğızıstan Mərkəzi Seçki Komissiyasının rəqəmlərində ciddi saxtakarlıq aşkar etdiklərini deyən partiya sədri günorta vaxtı açıqlanan səs faizlərinin qutuların açılmasınadək sadəcə Atambayevin lehinə dəyişdiyini, digər namizədlərin lehinə hec heç nəyin dəyişmədiyini söyləyib.

Qeyd edək ki, bazar günü keçirilən prezident seçkilərində 63.22 faiz səs toplayaraq, seçkini birinci turda qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə