Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Milli Preventiv Mexanizm qrupunun üzvləri olan Gəncə və Şəki regional mərkəzlərinin əməkdaşları ilə birgə Gəncə şəhər ruhi-əsəb və Şəki rayonlararası psixiatriya xəstəxanalarına növbəti baxış keçirib.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ombudsman xəstəxanalardakı inzibati otaqlara, palatalara baxıb, burada saxlanılan və müalicə olunanların vəziyyəti ilə tanış olub. O, xəstələrlə görüşüb, onların saxlanılma şəraitini, müayinə və müalicə prosesini öyrənib. Söhbət zamanı xəstələrlə rəftar, onların qidalanması, ərzaq məhsulları və dərman preparatları ilə təmini vəziyyəti də araşdırılıb. Müxtəlif məzmunlu məsələlərlə bağlı müraciət etmək istəyən xəstələr dinlənilib, onların problemləri öyrənilib.
Eyni zamanda ombudsman bu müəssisələrdə xəstələrə gündəlik qidalanma və dava-dərman üçün ayrılan vəsaitlə maraqlanıb.
Ombudsman baxış keçirilmiş müəssisələrdəki ayrı-ayrı xəstələrin müraciətlərini nəzərə alaraq, onların ailələri ilə əlaqə saxlayıb və xəstələrin müraciətlərini onlara çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170

.jpg)


USD
EUR
GBP
RUB