Əlində 15 il elə də asan başa gəlməyib. Bir vaxtlar "7 gün" qəzetində calışan bir qrup gənc yeni bir qəzet yaratmaq istəyi ilə yola çıxıblar. İndi "Şərq"in baş redaktoru olan Akif Aşırlı da o gənclərdən biri idi. Elə yeni yaradılan qəzetə rəhbərlikdə məhs ona tapşırılmışdı.
Redaktor deyir ki, illər cox şeyi dəyişib, dəyişməyən qəzetin adı və ideyalarıdır. "Qəzetin adını ona görə \"Şərq\" adlandırdıq ki, o zaman hamı Qərb meyilli idi. Qərb ənənələri, Qərb abı havası hər kəsə təsir edirdi. Biz gənclər də \"Şərq\"i yaşatmaq ücün Şərq adını seçdik. İndi \"Şərq\" qəzetinin jurnalistikada öz yolu, oz məktəbi var. 15 illik ömrü öz tarixinə yazan qəzetdə bu gün informasiya kasadlığı hiss olunmur. Çünki redaksiyada peşəkar jurnalistlər fəaliyyət göstərir."Bu yeni medianın yaranışı ilə bağlıdır. Çünki artıq informasiyanın ömrü saniyələrlə ölçülür. İnternet portallarından məlumatı dərhal almaq mümkündür. Ona görə də, qəzetçiliyə yeni çalarlar qatılmalı, klassik qəzetçilik funksiyasını dəyişməlidir. Bu proses bütün dünyada gedir. Çap mediasının vəziyyəti ürəkacan deyil. Ona görə də, qəzetimizdə şərhlərə, analitik yazılara üstünlük veririk ki, oxucu bazamızı qoruyub saxlaya bilək\".
Qəzet yarandığı gündən uzun illər onunla əməkdaşlıq edən yaradıcı heyyət
Əslində onlar danışmqdan çox yazmağa üstünlük versələr də biz bu buzları əridə bildik. 14 il qəzetlə əməkdaşlıq edən Məlahət Rzayeva deyir ki, \"Şərq\" onun həyatında xüsusi yerə malikdir: "Qəzetə gəldiyim ilk gündən bu ocaq mənə öz evim kimidi, nə zamansa buranı tərk edib başqa bir qəzetdə işləməyi hec ağlımdan da keçirməmişəm. Çünki burada səmimi və təmiz kollektiv var".
"Şərq"in sosial və kriminal xəbərlərini toplayan Firdovsi Fərzəliyev də uzun illərdi bu məkanda işləyir. Tələbəlik illərindən bu qəzetdə calışdığını deyir: "\"Şərq\"i özüm kimi sevirəm. Bura bizim üçün həm karyera məktəbi, həm də həyat məktəbi oldu".
Biz sadəcə 15 illik zəhmətə bir neçə saat ayırdıq. Bu zamanda gücümüz sadəcə təbriklərə və xatirələri bölüşməyə çatdı. Biz həmkarlarımızı tədbrik edib redaksiyanı tərk edirik, qulaqlarımızda qalan diktafonun səsi və komyuterin klavişi üzərində gəzən barmaqların melodiyası idi.
Gününüz, iliniz və gələcək illəriniz mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB