Bakının Xətai rayonunun Ə.Axundov, N.Rəfiyev, İ.Orucova, S.Orucov, A.Cəlilov, F.Bayramov, R.Əliyev küçələri, eləcə də Xocalı və Nobel prospektlərinin bir hissəsinə içməli suyun verilməsi 02 noyabr saat 09:00-dan 03 noyabr saat 09:00-dək dayandırılacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, bu, "Qara Şəhər" ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədadır.
Bundan başqa, Nərimanov və Nəsimi rayonları ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar H.Sarabski, N.Vəzirov, S.Vurğun, M.Əlizadə, R.Muxtarov, Y.Vəzirov küçələrinə içməli suyun verilməsi 02 noyabr saat 09:00-dan 03 noyabr saat 09:00-dək dayandırılacaq. "Azərsu" müvəqqəti narahatlığa görə istehlakçılardan üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB