Heydər Əsədov: “Azərbaycan Hesablama Palatası 4 yoxlamanın materiallarını Baş Prokurorluğa göndərib”
Azərbaycan Hesablama Palatası üç il ərzində nöqsan və pozuntuları ortaya çıxaran və nəticədə dövlətə böyük maddi ziyan vuran 4 yoxlamanın materiallarını ölkənin Baş Prokurorluğuna göndərib. SİA-nın xəbərinə görə, bunu Palatanın rəhbəri Heydər Əsədov deyib: "Bundan başqa, Palatanın apardığı yoxlamaların yekunu üzrə Vergilər Nazirliyi dövlət büdcəsinə böyük miqdarda borcu olan 11 vergi ödəyicisinə qarşı cinayət işləri qaldırıb".
Onun sözlərinə görə, son üç ildə Azərbaycan Hesablama Palatası müvafıq xəzinə hesablarına büdcə vəsaitlərini bərpa etməyə, dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fonduna nağd pul, iş və xidmət, inventar və avadanlıq formasında milyonlarla manat ödəniş etməyi təmin etməyə nail olub: "Nəzarət tədbirlərı zamanı, həmçinin, böyük sayda əlavə ştat vahidləri və qrupları ləğv edilib".
Onun sözlərinə görə, 2008-2010-cu illərdə Hesablama Palatası və müvafiq strukturların aşkar etdiyi öz işində nöqsan və pozuntulara yol verən 500 şəxsə qarşı ciddi tələbkar tədbirləri görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB