“Artıq kərküklü uşaqlar türkcə təhsil almaq hüququnu əldə ediblər”-MÜSAHİBƏ
Kərkük Xəbər Agentliyinin, \"Türkmən eli\" kanalının təmsilçisi Ersan Sarıkahyanın SİA-ya müsahibəsi:
- Türkmənlərin bugünki mətbuatıını necə xarakterizə edərdiniz?
- Bizim "Türkmən eli" adlı gündəlik qəzetimiz var. Amma bu, geniş həcmdə dərc olunmur. "Türkmən eli" qəzeti çox az sayda nəşr edilir. Biz də istəyirik ki, qəzetimiz daha çox sayda çıxsın. Bu istiqamətdə qonşu ölkələrlə aparılan əməkdaşlıqlar, birgə görüşlərin keçirilməsi yeni əlaqələrə təkan verə bilər. Azərbaycan kərkük türkmənləri olaraq bizim üçün çox əhəmiyyətli dövlətdir. Azəbaycana ana vətən, Türkiyəyə isə ata vətən kimi baxırıq. Belə bir əlaqələrimiz var. Amma biz istəyirik ki, dünyanın hər bir yerində səsimizi eşidən, dərdimizi anlayan olsun. Biz heç kimsənin haqlarını tapdalamaq istəmirik. Sadəcə öz haqq səsimizin eşidilməsini, səsimizə cavab verilməsini istəyirik.
- Azərbaycanla türkmən media əlaqələri necədir və gələcək üçün nələr nəzərdə tutulur?
- Bizim bəzi media qurumları ilə protokollarımız, İctimai və TRT televiziyası ilə əlaqələrimiz mövcuddur. Bunları digər televiziya, mətbuatla genişləndirmək niyyətindəyik. Əlimizi hər kəsə uzadırıq və istəmirik ki, bu əllərimiz boş qayıtsın. Belə əməkdaşlıqların genişlənməsini istəyirik ki, haradasa yalnız qalmayaq.
- Sizin fikrinizcə, Azərbaycan mediası türkməndən nə ilə fərqlənir?
- Təbii ki, Azərbaycan mediası çox öndədir. Biz hələ yeni-yeni işlər görməyə başlayırıq. Hələ ki iməkləmə dövrünü yaşayırıq. Özümüzdə hələ ki görəcəyimiz çox işlər var və bu istiqmaətdə əlimizdən gələni etməyə çalışırıq. Bütün qonşu dövlətlər, o cümlədən Azərbaycanla əlaqələri genişləndirməyə, birgə layihələr keçirmək, gələcək fəaliyyət, işlər görmək üçün də çox önəmlidir.
- Sizin hazırda nə qədər media qurumunuz var?
Yalnız 1 tək kanalımız var ki, bu da "Türkmən eli" kanalıdır. Bununla bərabər Kərkük xəbər agentliyi mövcuddur. Ancaq bu işləri yalnız internetlə kifayətlənmək lazım deyil. İnsanlar ilkləri gözləri vasitəsilə görür və yaddaşında qalır. Buna görə də görüntü, televiziya çox vacibdir. Amma nə qədər olmasa da hər bir xalqın televiziyası olmaldır ki, səsini, gördüyü işləri çatdıra bilsin. Düşünürəm ki, bütün türkərin bir-birindən həm görüntülü, həm də səsli xəbərdar olması üçün ortaq agentliyi olmalıdır.
- Kərküklərin ölkədə ayrıca məktəbləri, təhsil almaq hüquqları varmı?
- Artıq kərküklü uşaqlar türkcə təhsil almaq şansları var. Keçən ilə kimi hökumət icazə verməmişdi. Ancaq keçən ildən konstitusiya ilə bütün yerlərdə təhsil almalarına icazə verildi. İndi çox gənc bir məktəbimiz var. Uşaqlar türkcə, azəri türkcəsini öyrənməyə başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB