Bu gün "Şərq" qəzeti 15 yaşını qeyd edir. Qəzetin baş redktoru Akif Aşırlı ilə qəzetin yaranma tarixindən tutumuş bu günkü günə qədər keçdiyi yoldan danışdıq. İllər çox şeyi dəyişdi. Amma qəzet ideyası və adı ilə böyüdü.
SİA-ya müsahibəsində baş redaktor bunları dedi: \"1996-cü ildə \"7 gün\" qəzetində çalışan bir qrup gənc müstəqil olaraq \"Şərq" qəzeti yaratdı. Gənclərin təklifi ilə mən redaktor seçildim və həmin ildən "Şərq" qəzeti fəaliyyətdədir. O dövrdə qəzet nəsr etdirmək indikindən fərqli idi. Ancaq "Şərq" qəzeti işıq üzü görəndən iki il sonra ümummilli liderimiz Heydər Əliyev tərəfindən senzura ləğv edildi və bu da qəzetlər üçün çox böyük bir stimul yaratdı. Bununla da, azad mətbuata keçid prosesi baş verdi\".
Akif Aşırlı bildirdi ki, 1998-cu ildən sonra mətbuatda baş verən proseslər "Şərq" qəzetində də öz təcəssümünü tapdı və 4 səhifə ilə nəşrə başlayan qəzet 2001-ci ildən gündəlik olaraq həftədə 16 səhifə nəsr olunmağa başladı: \"İndiyə kimi apardığımız statistikaya əsasən "Şərq" qəzetində 110 nəfər işçi çalışıb. Onlardan 85 nəfəri jurnalist olub. Bu gün "Şərq"dən jurnalistikanın sirrini öyrənən jurnalistlər ölkənin müxtəlif televiziyalarında, dövlət strukturlarında, təşkilatlarda çalışırlar. Onu da deyim ki, "Sərq" jurnalistlərin hazırlanması üçün bir məktəb olub. "Şərq" hər zaman balanslı informasiyanı və Qərb qəzetçilik modelini əsas götürüb. Ancaq dünya jurnalistikasında baş verən yeni internet medianın yaranışı, yeni media arasında rəqabət mühiti yaradıb. Hesab edirəm ki, texnoloji proseslərin gətirildiyi yeniliklərdən istifadə etməliyik və artıq bu istiqamətdə formalaşmağın vaxtı çatıb\".
1996-cı ildən nəşrə başlayanda informasiya qəzeti kimi oxuculara təqdim olunan "Şərq"də artıq dəqyişikliklər var. Qəzet rəhbərliyi nəşrin siyasətində dəyişiklik edib: \"Bu yeni medianın yaranışı ilə bağlıdır. Çünki artıq informasiyanın ömrü saniyələrlə ölçülür. İnternet portallarından məlumatı dərhal almaq mümkündür. Ona görə də, qəzetçiliyə yeni çalarlar qatılmalı, klassik qəzetçilik funksiyasını dəyişməlidir. Bu proses bütün dünyada gedir. Çap mediasının vəziyyəti ürəkacan deyil. Ona görə də, qəzetimizdə şərhlərə, analitik yazılara üstünlük veririk ki, oxucu bazamızı qoruyub saxlaya bilək\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB