Gəncədə konfrans keçirilib

Gəncədə İqtisadi İnkişaf Nazirliyi türkiyəli mütəxəsislərlə birlikdə "Qeyri-neft ixracının artırılmasında ekoloji Təmiz məhsulların rolu Türkiyə və Azərbaycan Təcrübə mübadiləsi" mövzusunda müşavirə keçirib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə tədbirdə nazirliyin rəsmiləri, qardaş ölkənin aqrar məsəllər üzrə mütəxəsssisləri, sahibkarlar iştirak edib. Bildirilib ki, kənd təsərrüfatında ekoloji cəhətdən sağlam məhsul istehsalının stimullaşdrılıması əhalinin ərzaq məhsullarına olan təlabatın yerli istehsal hesabına ödənilməsi mühüm əhəmiyyət daşıyır. Ayrıca ekloji kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi və ixrac imkanlarını da artımağa imkan verir. Bu baxımdan Azərbaycan höküməti ekloji kənd təsərrüfatının tətbiqi yönümündə bir sıra qanun layihələri həyata keçirib. Bəzi dövlətlərin, xüsusən Türkiyə dövlətinin təcrübəsi öyrənilir. Türkiyəli mütəxəssislər isə ekloji kənd təsərrüfatının Azərbaycanda həyata keçirlməsi üçün böyük imkanlara sahib olduqlarını dilə gətirib.

Ölkəmizin təbii ehtiyatları Azərbaycanda ekloloji kənd təsərrüfatının inkişafı üçün əlverişli şəraitin olmasına imkan yaradan başlıca amillərdəndir. Bildirək ki, konfransda sahibkarlar da məsələyə öz münasibətlərini bildiriblər. Analoji tədbirlərin digər regionlarda da təşkili nəzərdə tutulur.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə