Türkiyəyə yardım gətirən iki təyyarə toqquşdu

Türkiyəyə yardım gətirən iki təyyarə toqquşdu

Türkiyənin Ərzurum hava limanında eniş edən Qırğızıstana mənsub təyyarə hava limanındakı digər təyyarə ilə toqquşub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, toqquşma nəticəsində Gürcüstana aid təyyarə tamamilə yararsız hala düşüb, lakin pilotların kabinədə olmaması insan təlafatının qarşısını alıb.

Qeyd edək ki, hər iki təyyarə Vanda baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş insanlara humanitar yardım gətiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə