İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyətı dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz diri qoyunların satışını təşkil edəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, burada başlıca məqsəd Qurban bayramının yaxınlaşması ilə əlaqədar olaraq əhalinin qurbanlıq qoyunlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB