Azərbaycan ordusunda bədbəxt hadisə baş verib. Beləki ordumuzun daha bir əsgəri xəstəlikdən vəfat edib. SİA-nın xəbərinə görə, hadisə Müdafiə Nazirliyinin Bərdədə yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 1993-cü il təvəllüdlü Azər Akif oğlu Abbaszadə xəstəlikdən dünyasını dəyişib. Əsgər kəskin krupoz pnevmoniya və daxili orqanlara qansızmadan vəfat edib.
A. Abbaszadə 2011-ci ildə Biləsuvar Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb . Qeyd edək ki, son iki gündə Azərbaycan Ordusunda xəstəlikdən 3-cü əsgər ölümüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB