Azərbaycan bəzi kənd təsərrüfatı məhsulları ilə özünü 150% təmin edir
"Azərbaycan bəzi kənd təsərrüfatı məhsulları ilə özünü 150% və daha çox, bəzi məhsullarla isə 2 dəfə çox tələbatımızdan artıq dərəcədə təmin edir. Bəzi məhsulların istehsalı isə ölkənin tələbatının 90-95%-i qədərdir". SİA-nın xəbərinə görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov deyib. Nazir bildirib ki, ölkənin özünü ərzaq məhsulları ilə tam təmin etməsi barədə dövlət başçısının tapşırığı ilə bağlı böyük işlər görülür. Nəticədə gələcəkdə biz həm əhalini ərzaqla tam təmin edə biləcəyik, həm də ixrac potensialımızı artıraraq öz məhsullarımızı ənənəvi ölkələrdən başqa, digər Avropa ölkələrinə də göndərəcəyik".
İ.Abasov qeyd edib ki, kənd təsərrüfatı məhsullarının dinamik inkişafına uyğun olaraq saxlama anbarlarının, eyni zamanda, emal müəssisələrinin sayı artırılmalıdır.
"Tək Bərdə deyil, digər rayondlarda xüsusilə Xaçmaz və Qubada meyvələrin saxlanması üçün tikilən anbarlar hələki kifayət qədər deyil. Bu saxlanma və tədarük məsələləridir. Onlar məhsullarını xüsusi saxlanma anbarlarında saxlanmalıdırlar ki, ucuz qiymətlərə deyil, qışda baha qiymətlərə satsınlar", - deyə o qeyd edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB