Fransa Milli Kitabxanasına Azərbaycandan bəhs edən kitablar hədiyyə edilib

Fransa Milli Kitabxanasına Azərbaycandan bəhs edən kitablar hədiyyə edilib

23-27 oktyabr tarixlərində Disaporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Fransada səfərdə olub. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi məlumata görə, komitə sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətində ölkənin aparıcı qurum və təşkilatlarının nümayəndələri iştirak ediblər.

\"İRƏLİ\" İctimai Birliyini təşkilatın baş katibi Rauf Mərdiyev təmsil edib. Səfər müddətində Azərbaycan nümayəndə heyəti Fransa Senatı, Milli Assambleyası, Sarbonna Universiteti, Siyasi Elmlər Universiteti, Fransa Milli Kitabxanası, araşdırmalar mərkəzində görüşlər keçirib. Keçirilən görüşlər çərçivəsində Azərbaycan və Fransa üçün mühum əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub, ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Həmçinin nümayəndə heyəti Fransa Milli Kitabxanasına Azərbaycandan bəhs edən və bir neçə dildə nəşr olunmuş kitablar hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə