Nazir: “Qurban bayramında əhalinin tələbatını ödəmək üçün kifayət qədər iri buynuzlu heyvan var”

Nazir: “Qurban bayramında əhalinin tələbatını ödəmək üçün kifayət qədər iri buynuzlu heyvan var”

"Ölkə rəhbərliyinin dəstəyi və qayğısı sayəsində kənd təsərrüfatı sahədi də bu gün öz dinamik inkişafını davam etdirir. 9 ay ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının isthsal həcmi 7,6% artıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov deyib. O bildirib ki, bitkiçilik sektorunda 10,6%, heyvandarlıq sektorunda 3,7% artım qeydə alınıb. Onun sözlərinə görə, bu göstəricilər ilin sonun akimi davam edəcək.

Nazir qeyd edib ki, Qurban bayramı günlərində əhalinin tələbatını ödəmək üçün Azərbaycanda kifayət qədər davar və iri buynuzlu mal-qara var. Ölkədə heyvandarlıq sektorunda artım qeydə alındığını deyən İ.Abasov qeyd edib ki, həm davar və iri buynuzlu mal-qaranın baş sayı, həm də ət istehsalı artıb: "Buna görə də Qurban bayramı günlərində əhalinin tələbatını ödəmək üçün kifayət qədər davar və iri buynuzlu heyvanlar var. Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyəti odur ki, həmin heyvanlar xəstə vəziyyətdə gətirib atılmasın. Heyvanların sağlam vəziyyətdə satılmasını təmin etmək üçün nazirlik tərəfindən müvafiq tədbirlər həyata keçirilir".

Qurban bayramı günlərində ətin qiymətinin artıb-artmayacağına gəlincə İ.Abasov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin qiymət siyasətini həyata keçirən orqan olmadığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə