Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul elan edilib

Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul elan edilib
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan edir:


DSX Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:


- orta və ya orta-ixtisas təhsilə malik olmalıdırlar,

- hərbi xidmətdə olmayanlar üçün - yaşı 17-dən 21-dək olmalıdır. 21 yaşınadək çağırışçıların, o cümlədən akademiyaya qəbul ili iyul ayının 31-dək 18 yaşı tamam olan şəxslərin hərbi sənədlərində müvafiq şəhər-rayon hərbi komissarlıqlarının möhlət qeydiyyatı vacibdir.



- xidmət müddətində asılı olmayaraq müddətli, müddətdən artıq xidmət hərbi qulluqçular, gizirlər (miçmanlar) və hərbi vəzifəlilər (ehtiyatda olan əsgərlər, çavuşlar və gizirlər (miçmanlar)) üçün yaş həddi 23-dək müəyyən edilib.


- fiziki cəhətdən sağlam olmalıdır


Namizədlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilən 1-ci (1-ci qrup üzrə gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, uçuş mühəndisliyi və mexanika mühəndisliyi ixtisasları üzrə) və 2-ci (2-ci qrup üzrə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə) ixtisas qrup üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər, eyni zamanda onların fiziki hazırlığı yoxlanılacaq.



Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Ərizə

Ərizədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

- soyadı, adı, atasının adı,

- doğulduğu il, ay, gün,

- qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı,

- təhsili,

- özünün və yaxın qohumlarının şəxsiyyət vəsiqələrinin surətləri,

- attestat (əgər orta məktəbə bitiribsə),

Ərizəyə anket, tərcümeyi-hal, işlədiyi və ya oxuduğu yerdən xasiyyətnamə, orta və ya orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti (orta məktəb şagirdləri üçün cari ildəki qiymət cədvəlindən çıxarış), yaşayış yerindən arayış, doğum haqqında şəhadətnamənin surəti, 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz 3X4 sm ölçüdə) əlavə olunmalıdır.


Sənədlər 2012-ci ilin yanvar ayının 1-dək qəbul ediləcək.

Sənədlərin qəbulu və əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək lazımdır (bölgələrdə yaşayan vətəndaşlar DSX-nın yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə);

Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30, DSX-nın Aparatı

Əlaqə telefonu: 493-13-29; 493-62-47

Bütün xəbərlər Facebook səhifəmizdə