“Xəzər: Ətraf Mühit üçün Texnologiyalar “ Beynəlxalq Ətraf mühit sərgisinə həsr olunmuş konfrans keçirilib
Bugün "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar " Beynəlxalq Ətraf mühit sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, İTE Qrup şirkətinin icraçı direktoru Edvard Stroon tədbiri giriş nitqi ilə açaraq noyabrın 2-4-də "Bakı Ekspo sərgi kompleksində keçiriləcək sərgi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, bu sərgi ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri tədbirdir və burada ətraf mühitin mühafizəsi və təbii ehtiyyatlardan istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunacaq. "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar " Beynəlxalq Ətraf mühit sərgisində "CTE-2011" 13 ölkədən 76 şirkət iştirak edəcək. Digər çıxış edənlər Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttar-zadə və sərginin meneceri Rəna Abutalıbova bildirdilər ki, bu sərgi keçirilməsində başlıca məqsəd ölkənin ekoloji təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək vermək, təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir. Qeyd olundu ki, sərgidə iştirakçılar arasında Azərbaycan, İsrail , Fransa, Moldova, ABŞ, Türkiyə, Çexiya və digər ölkələr var. Bildirilib ki, sərgi layihəsinin fərqli xüsusiyyətlərindən biri odur ki, bu sərgiyə dövlət strukturları böyük maraq göstərir. Belə ki, burada Ekologiya və Təbii Sərvətlər nazirliyi və onun struktur bölmələri, Mədəniyyət və Turzim nazirliyi, Fövqəladə hallar Nazirliyi və digər qurumlar iştirak edəcək. Sərgidə təbii ehtiyyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa edilə bilən resurslar sahəsində ən yeni layihələr təqdim olunacaq, alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdiriləcək. Konfransın sonunda isə jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB