15 illik "Şərq"

Azərbaycan mətbuatı tarixində öz yeri, məxsusi dəsti-xətti olan "Şərq" qəzetinin bu gün 15 yaşı tamamlanır. 1996-ci il noyabrın 1-də oxucuların görüşünə gələn "Şərq" elə qısa müddətə onların rəğbətini qazanıb. "Şərq"in hər nömrəsini oxucular illərdən bəri böyük maraqla izləyiblər. "Şərq" isə öz rəngarəngliyi, aktual mövzuları ilə oxucuların inamını doğruldub. Səs İnformasiya Agentliyi, Səs qəzeti və Səs Televiziyası adından "Şərq" qəzetinin bütün kollektivini təbrik edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə