Marafonçu Bərdədən keçib

Ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş "Bir millətin iki generalı" devizi altında Ucar-Goranboy rayonlarına çoxgünlük marafon yarışı təşkil edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bir neçə rayonda olan qaçış iştirakçısı Vidadi Qurbanov Bərdədə olub. O, gün ərzində kilometrlərlə məsafəni dayanmadan qaçır.

54 yaşlı kişinin Ucar rayonunda başladığı yürüş Goranboyda başa çatacaq.

Bir neçə rayonun ərazisində olan marafonçu 6 gün yollarda olacaq. Ucar, Zərdab, Ağcəbədi, Ağdam rayonlarında olan Vidadi Qurbanov növbəti qaçışında Bərdəyə gəlib.

Marafonçunun ən böyük arzusu isə işğal altında yerləşən torpaqlarımızın tezliklə düşmən tapdağı altından azad edilməsi və növbəti qaçışını Qarabağa etməkdir.

Bərdədə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edən marafonçu Vidadi Qurbanov yol polislərinin və maşın karvanın müşayəti ilə Tərtər rayonuna gedəcək. Daha sonra Naftalanda olan marafonçu Goranboyda qaçışını başa vuracaq.


Bütün xəbərlər Facebook səhifəmizdə