Ağdamda fermerlər min bir əzab əziyyətlə becərdikləri soğanı sata bilmirlər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qiymətlərin aşağı, alıcıların heç olmaması tonlarla soğanın məhv olmasına gətirib çıxardıb. Soğanları əllərində qalan fermerlər həyacan təbili çalır. Rayonda fermerlərin əkdiyi maya dəyəri 4 milyon manat olan 25 min tona yaxın soğan məhv olmaq təhlükəsilə üz-üzədir. Fermerlər məhsullarına alıcı tapa bilmədiyindən məhsul zay olur.
Cəbhə bölgəsində çətinliklə olsa da təsərrüfatla məşğul olan fermerlər deyir ki, indiyə qədər məhsul birbaşa sahədə və ya həyətlərdə topdan satılıb. Bu il isə həmin alıcılar rayona gəlmir.
Fermer Dilqəm Quliyevin sözlərinə görə, əvvəllər məhsul xarici ölkələrə əsasən də Gürcüstan və Rusiya aparılırdı. Bu il nəməlum səbəblərdən soğan xarici ölkələrə daşınmır. Alıcı olmadığından 1 ay əvvəl yığılan məhsul kəndlinin əlində qalıb.
Rayonda soyuducu tərəvəz anbarı olmadığından hələlik fermerlər məhsulu açıq havada və ya saxlama şəraitinə uyğun olmayan anbarlarda saxlamaq məcburiyyətindədir.
Ağdam Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu il rayonda 25 min hektar sahədə soğan əkilib və indiyə qədər 40 min tondan artıq məhsul yığılıb. Bu günə qədər məhsulun yarısı hələ də müştəri gözləyir.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB