Bakı şəhəri Binəqədi rayonu ərazisində keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı vətəndaş Əliyev Qabil Cəlal oğluna məxsus, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 6 ünvanda yerləşən \"Billur\" şadlıq evində qanunsuz olaraq uduşlu \"loto\" oyunlarının təşkil olunduğu aşkar edilib. Vergilər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən çoxlu sayda insan cəlb etməklə qanunsuz loto oyunlarının keçirilməsi ilə məşğul olduğuna görə vətəndaş Əliyev barəsində müvafiq tədbirlər görülüb.
Obyektdən qanunsuz fəaliyyəti təsdiq edən maddi sübut kimi 190 dəst \"loto\" kartları və daşları, 357 dəst \"qızıl kupon\" kartları, nağd pul və \"qara mühasibatlıq\" sənədləri aşkar olunaraq götürülüb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB