SAM-ın eksperti beynəlxalq konfrasda iştirak edəcək

SAM-ın eksperti beynəlxalq konfrasda iştirak edəcək
2-5 noyabr 2011-ci il tarixində Kadenabiada (İtaliya) Konrad Adenaur Fondunun təşkilatşılığı ilə "Cənubi Qafqaz müstəqilliyinin 20 ilində: Çağırışlar və Perspektivlər" adlı beynəlxalq konfrans keçiriləcək.

Qurumdan SİA-ya verilən xəbərə görə, müzakirələrdə iştirak edəcək SAM-ın eksperti Rəşad Kərimov konfransda "Cənubi Qafqazın inkişafının geosiyasi ssenariləri" mövzusunda məruzə ilə çıxış edəcək.

Tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan və müxtəlif ölkələrdən olan ekspertlərin iştirakı ilə Cənubi Qafqaz regionunun geosiyasəti, Dağlıq Qarabağ və digər regional münaqişələr, böyük güclərin bu bölgədəki maraqları, Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq məsələləri və regionun inkişaf ssenariləri konfransda müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə