Bu günlərdə Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) üzvləri olan Gəncə Regional Mərkəzinin əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bu şəhərdəki 2 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib. O, bu təcridxanada bir sıra saxlanılan şəxsi, o cümlədən uşaqları qəbul edib, təkbətək söhbət aparıb, onlara hüquqlarını izah edib. Söhbət zamanı həmin şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər. Eyni zamanda, tutularkən Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdərəsində (RPİ) və Şəmkir RPŞ-də baş verən kobud rəftardan, habelə barələrində aparılan istintaqdan narazılığını bildirən olub.
Ombudsman Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi ilə görüşüb, Müvəkkilin Gəncə regional mərkəzinin nümayəndələrinin polis əməkdaşları ilə birgə qeyd olunan məsələnin araşdırılmasını tapşırıb. Müvəkkil həmçinin, MPM qrupunun üzvləri olan Gəncə və Şəki regional mərkəzlərinin əməkdaşları ilə birgə müvafiq olaraq, Gəncə Şəhər Baş Polis İdarəsi və Şəki RPŞ-nin MST-lərinə baxış keçirib. Baxış zamanı saxlanılan şəxslərlə təkbətək söhbət aparılıb, onlara hüquqları izah olunub, saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər yoxlanılıb.
Söhbət aparılan şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq bildirməyiblər. Ombudsman baxış keçirilən müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB