Qurumlar Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər
Qurban bayramı ilə əlaqədar bir sıra qurumlar gücləndirilmiş iş rejimində işləyəcək. SİA-nın keçirdiyi sorğu zamanı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan bildirildi ki, qurban bayramı ilə əlaqədar avtovağzalda gücləndirilmiş iş rejiminə tətbiq edilib.
Sərnişinlərin bölgələrə vaxtında çatdırılması və qiymətlərə nəzarət etmək məqsədi ilə avtovağzalda komissiya yaradılıb. Bayram günlərində şəhərlərarası gediş-gəlişin artdığını nəzərə alaraq xəttə yeni avtobuslar buraxılacaq. Eyni zamanda avtobuslar arası interval azaldılacaq. Əgər adi günlərdə 7 minə yaxın sərnişin gedib-gəlirsə, bayram günlərində sərnişinlərin sayının 10 minə çatacağı proqnozlaşdırılır.
"Azərbaycan Dəmir Yolları" QSC-ti də Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bayramı günlərində sərnişin axınını nəzərə alaraq sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün xəttə əlavə qatarlar qoşulacaq. Sərnişin sıxlığından asılı olaraq hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulması təmin ediləcək.
Qurumdan o da bildirildi ki, qatarlara biletlər 10 gün qabaqcadan satılır və bayram günlərində yola çıxacaq sərnişinlərdən bileti öncədən almaq məsləhət görülür.
Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar "Azərenerji" SC - də də hazırlıq işləri görülüb. Qurumdan bildirildi ki, bayram günlərində elektrik enerjisinə tələbin yüksək səviyyədə olmasına baxmayaraq, enerji təchizatı ilə bağlı problem yaranmayacaq: "Azərenerji" SC bayram günlərində avadanlıqları tam təmir olunub və hazır vəziyyətə gətirilib.
"Bakıelektrikşəbəkə" ASC – ti də müqəddəs Qurban Bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Şəbəkənin mətbuat xidmətindən bildirildi ki, abonentlər bayram günlərində fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmaları məqsədilə bütün zəruri işlər görülüb: "Çalışanlar arasında növbətçilik qaydaları müəyyən olunub, maşın-mexanizmlər hazır vəziyyətdədir, avadanlıq və material ehtiyatı təmin edilib.
Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı qəza haqqında "199" - Qəza Xidmətinə zəng vuraraq məlumat versinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB