Cari ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 4037 müəssisədə dövlət nəzarəti həyata keçirilib, 2851 ərizə araşdırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumata görə, bu müddətdə iş yerlərində 9896 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. İnzibati xətalara görə işəgötürənlər 334950 manat cərimə edilib. Qeyd olunan müddətdə qeyri-rəsmi əmək münasibətlərinə işə cəlb edilmiş 1615 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib. Bu müddətdə işdən qanunvericiliyin tələbləri pozularaq azad edilməsi müəyyən edilmiş 119 nəfərin öz əvvəlki işinə qaytarılması təmin olunub. Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları tərəfindən 20904 münasib işlərlə təmin edilib, 1225 nəfər haqqı ödənilən ictimai işlərə, 3058 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilib. "Əmək Birjaları" tərəfindən 2 976 nəfər işsiz vətəndaş, o cümlədən 1661 nəfər qadın, 1377 nəfər gənc, 107 nəfər qaçqın və məcburi köçkün, 23 nəfər əlil müvəqqəti xarakterli işlərə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB