Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunur. Bu işlər Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində Kredit Sazişinə əsasən həyata keçrilir. "Azərbaycan Dəmir Yolları\" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi xəbərə görə, bu gün və sabah Tatlı-Ağstafa sahəsinin 92-89-cu kilometrində daha 3 km yol əsaslı təmir olunacaq.
Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildəTatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 14 km əsaslı təmir olunub.
Qeyd edək ki, İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı
sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir
ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB