Pambığın qiymətinin aşağı olması fermer təsərrüfatına ziyan vurub

Pambığın qiymətinin aşağı olması fermer təsərrüfatına ziyan vurub

Bərdədə min bir əzab-əziyyətlə pambıq becərən fermerlər məhsul yığa bilməyib. Bölgə müxbirinin SİA-ya verdiyi xəbərə görə, bir zamanlar \"ağ qızıl\" kimi tarixə düşən pambıq indi sahələrdə məhv olur. İlin bu fəsilində sahədə qalan pambıqdan hətta kəndli imtina edib. Məhsul az olduğundan pambıq əkən fermerlər çəkdiyi xərcin mayə dəyərini də çıxara bilməyib. Qiymətlərin aşağı olması isə fermerləri daha da ziyana salıb. Kənd sakinləri bildirirlər ki, maya dəyərini çıxartmayan məhsulun qiyməti ən azı 70 qəpik olarsa, bu daha məqsədəuyğun olardı. Kəndlilərin pambıq əkərkən ona çox böyük ümüdlər bağlaması isə danılmaz bir faktdır.

Bütün xəbərlər Facebook səhifəmizdə