QHT-yə Dövlət Dəstəyi Şurası hazırladığı qanun layihələrini ictimai müzakirəyə çıxarır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədilə hazırladığı yeni qanun layihələrinin ictimai müzakirəsini keçirir.
Qurumdan SİA-ya verilən xəbərə görə, ilkin müzakirəyə Azərbaycan Respublikasının "İctimai iştirakçılıq haqqında" Qanununun layihəsi və Azərbaycan Respublikasının "Peşə birlikləri haqqında" Qanununun layihəsi çıxarılır. Müzakirələrdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların və yerli QHT-lərin təmsilçiləri iştirak edəcək.
Qanun layihələrinin müzakirə ediləcəyi dəyirmi masa 01 noyabr 2011-ci il saat 11.00-da "Park İnn" otelində keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB