Qubada son bir ildə yeni doğulan körpələr arasında oğlanların sayı çoxalıb. 155 624 nəfər ümumi əhalinin 78 699 nəfəri kişi, 76 925 nəfəri isə qadındır. Hazırda Qubada hər 1000 nəfər kişiyə 976 qadın düşür.
Rayon Statistika İdarəsinin rəisi Yusif Abidovun verdiyi məlumata görə, son bir ildə yeni doğulan körpələr arasında da oğlanların sayı üstünlük təşkil edir. Belə ki, dünyaya gələn 3150 körpənin 1714-ü oğlan, 1436-ı qızdır. Mütəxxəsislər isə kişi və qadınlar arasında yaranan qeyri bərabərliyi kriminal abortlarla yəni, cinsinə görə dölün ana bətnində məhv edilməsi ilə əlaqələndirirlər. Tibb sahəsində çalışan mütəxxəsislər də son illər abortların sayının artmasını təsdiqləyirlər.
Ginekoloq Yeganə Ağayevanın sözlərinə görə, son zamanlar abortların sayının artması onları da narahat edir. Həkim-ginekoloq problemdən çıxış yolunu ultrasəs müayinəsinin tamamilə ləğv edilməsində görür.
Dində aborta münasibətə gəlincə, axund, Hacı Mirələsgər ağa İslamda abortun haram buyurulduğunu bildirir. Onun fikrincə, Allah özünün həyat verdiklərinin hamısın sevir, onları öldürənləri isə lənətləyir. Ana bətnində özünü müdafiə etmək imkanı olmayan canlının öldürülməsi İslamda bağışlanmaz günah sayılır.
Xatırladaq ki, ölkədə bu sahədə olan problemlərin aradan qaldırılması məqsədi ilə "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin yeni variantı hazırlanıb. Layihənin parlamentin payız sessiyası ərzində müzakirəyə çıxarılması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB