“Metsamor” AES-də stress-test keçiriləcək

“Metsamor” AES-də stress-test keçiriləcək

Ermənistanın "Metsamor" atom-elektrik stansiyasında 2012-ci ilin aprelində stress-test keçiriləcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisyan bildirib. Onun sözlərinə görə, Üç mərhələdən ibarət olacaq stess-testin sonuncu mərhələsinə Avropa İttifaqı və Avropa Şurasının ekspertləri də iştirak edəcək

Qeyd edək ki, beynəlxalq səviyyədə keçiriləcək sınaq barədə ümumu qərar Yaponiyada baş verən son zəlzələdən sonra qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə