Türkiyədə qarğıdalı tarlasından külli miqdarda silah tapılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Mardin və Şırnak polisi və jandarma qrupları daxil olan xəbərə əsasən Şırnak mərkəz ilə Silopi mahalı daxil olmaqla 3 kənddə axtarış aparıblar.
Aparılan axtarış nəticəsində qarğıdalı tarlasında basdırılan 88 ədəd uzun lüləli Kalaşnikov markalı silah tapılıb. Kalaşnikovların Şimali İraqdan Türkiyəyə gətirildiyi bəlli olub. Əməliyyat ətrafında parılan axtarışlar nəticəsində üç adam həbs edilib. Hazırda onların sorğusu davam edir. Bundan başqa Mardinin Derik mahalında bomba mütəxəssisi olan bir terrorist də yaralı tutuldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB