Van zəlzələsində sol əlini itirən Vüsalənin vəziyyəti normaldır

Van zəlzələsində sol əlini itirən Vüsalənin vəziyyəti normaldır

Türkiyənin Van şəhərində baş verən zəlzələ zamanı bir Azərbaycan vətəndaşının yaralanması barədə xəbərlər yayılmışdı. SİA-nın məlumatına görə, hazırda Vüsalənin müalicəsi davam edir və vəziyyəti normaldır. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Vüsalənin vəziyyətini diqqətdə saxlayır və səhhəti ilə maraqlanmaq üçün xəstəxanaya baş çəkib. Səfir zərərçəkənin sağlamlıq durumu və problemləri ilə maraqlanıb.

Qeyd edək ki, iyirmi yaşlı Vüsalə Calışqan Van şəhərində yaşayır və türk vətəndaşı Murat Calışqanla ailəlidir. Zəlzələdə zərərçəkən Vüsalə xoş təsadüf nəticəsində uçuntular altından çıxarılıb və müalicə üçün Ankara xəstəxanasına göndərilib. Gənc qadın sol əlini itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə