Qurban bayramı ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamenti gücləndirilmiş iş rejiminə keçib. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi xəbərə görə, Qurban bayramı günlərində sərnişinlər rahat və əlverişli nəqliyyat vasitəsi kimi dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir. Onun sözlərinə görə, buna görə də "Azərbaycan Dəmir Yolları" bayram ilə əlaqədar gucləndirilmiş iş rejiminə keçib.
"Sərnişin sıxlığını aradan qaldırmaq üçün noyabr ayının 4-ü, 5-i, 7-si və 8-i tarixlərində Bakı-Böyük Kəsik istiqamətində əlavə 668-667 saylı qatar təyin edilib. Bundan əlavə, sərnişin sıxlığından asılı olaraq hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulması təmin ediləcək. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB