Türkiyəli qonaqlar “Azərbaycan folkloruna xidmət ödülü” ilə təltif edib

Türkiyəli qonaqlar “Azərbaycan folkloruna xidmət ödülü” ilə təltif edib

AMEA-da Türkiyə Cümhuriyyətinin "Motif" Xalq Oyunları Təlim və Tədris Vakfının prezidenti Mehmet Zeki Baykal, "Motif" jurnalının baş redaktoru İşıl Altun və jurnalın əməkdaşı Sacidə Güngör ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov bu görüşün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi ərəfəsinə təsadüf etdiyini, bu yubileyin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıdığını qeyd edib. Akademik hər iki dövlət arasında dostluq əlaqələrinin uzun illərdir ki, davam etdiyini vurğulayıb. AMEA-nın institut və təşkilatlarının elmi fəaliyyəti haqqında məlumat verən A.Həşimov Azərbaycanın elm məbədi olan AMEA-da digər sahələrlə yanaşı, sosial və humanitar sahələrdə aparılan elmi-tədqiqat işlərindən danışıb.Zeki Baykal rəhbərlik etdiyi Vakfın fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Vakfın yaradılmasında məqsəd türk folklorunu elmi və sənət baxımından araşdırmaq, təhlil etmək, yaymaq, dünyada tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır. A.Həşimov qonaqları AMEA Folklor İnstitutu tərəfindən təsis edilən "Azərbaycan folkloruna xidmət ödülü" ilə təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə