Türkiyə ədliyyə nazirinin Bakıya səfəri başlayır

Türkiyə ədliyyə nazirinin Bakıya səfəri başlayır
Sabahdan etibarən Türkiyənin ədliyyə naziri Sadullah Erginin Bakıya səfəri başlayır. SİA-nın xəbərinə görə, noyabrın 4-dək davam edəcək səfər çərçivəsində Azərbaycan və Türkiyənin Ədliyyə nazirlikləri arasında münasibətlər və onların inkişaf perspektivləri, təcrübə mübadiləsi məsələləri müzakirə ediləcək.

Səfər zamanı Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər rəsmilərlə görüşəcək qonağın cəzaçəkmə müəssisələrindən birinə baş çəkməsi də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə