Ermənilərlə azərbaycanlılar arasında dava düşüb

Ermənilərlə azərbaycanlılar arasında dava düşüb

Rusiyanın İrkutsk şəhərində Ermənistan və Azərbaycandan gələn vətəndaşlar arasında əlbəyaxa vuruşma olub. SİA-nın məlumatına görə, hadisə kiçik kafedə baş verib. Masa arxasında oturan erməni və azərbaycanlılar şirkət sahibləri olublar. Münaqişə tərəflərindən biri ermənilərin arasında olan yeganə Rusiya vətəndaşına narazılıqlarını bildiriblər. Şahidlərin sözlərinə görə, mübahisəyə qadın səbəb olub. Təhqirlər daha sonra davaya keçib, dava edən tərəflər qab-qacaq, masa və stulları bir-birinin üstünə atıblar.

Bir müddətdən sonra kafeyə bir neçə maşın yaxınlaşıb, dava daha da güclənib. Münaqişəyə yeni qoşulanlar bıçaqları və travmatik silahı işə salıblar. Rusiya Federasiyasının İrkutsk şəhəri üzrə İstintaq komitəsinin rəhbərinin baş köməkçisi Vladimir Salovarov bildirib ki, hadisə yerinə dərhal polis gəlib. Dava iştirakçıları polisin yaxınlaşdığını görüb tez hadisə yerindən uzaqlaşmağa müvəffəq olublar. BMW X5 və Toyota Exiv avtomobilləri hazırda axtarışdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə