Azərbaycan və Almaniya hərbiçiləri Əfqanıstandakı sülhməramlı bölmənin təlimini keçirəcəklər
Azərbaycan və Almaniya hərbiçiləri Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakları nəzərdə tutulan bölmənin tabur səviyyəsində qərargah təlimi keçirəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təlimlər Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, noyabrın 8-dən 16-dək Berlində keçiriləcək.
İkitərəfli əməkdaşlıq proqramına əsasən, həmçinin Hərbi Hava Qüvvələri və Quru Qoşunları üzrə baş qərargah kursları təşkil olunacaq. Kursların 2011-ci il noyabrın 9-dan 2013-cü il iyulun 31-dək keçirilməsi planlaşdırılır. Almaniyanın Berlin şəhərində keçiriləcək digər tədbir ikitərəfli əməkdaşlıq üzrə ekspert danışıqlarıdır ki, bunlar da noyabrın 2-dən 4-dək təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB