Portuqaliya Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Portuqaliya Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Polşada səfərdə olarkən Portuqaliya gömrük xidmətinin rəhbərliyi ilə görüşüb. Görüşdə Portuqaliya tərəfi ölkəsində kinoloji xidmətin yaradılması sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətində olduğunu bildirib.


Öz növbəsində A.Əliyev mövcud imkanlar daxilində portuqaliyalı həmkarlara lazımi kömək göstəriləcəyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə