Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Türkdilli Dövlətlərin və Toplumların Bakıda keçirilən II Media-Forumunda iştirak edən "Tatarinform" informasiya agentliyinin baş direktorunun müavini və baş redaktoru Lyaysan Abdulina bu qlobal tədbirlə bağlı öz təəssüratını jurnalistlərlə bölüşüb.
L.Abdulinanın fikrincə, forumda müzakirə olunan özünüdərketmə, mədəniyyətin özgürlüyünü qoruyub saxlamaq və s. kimi mövzular türkdilli ölkələrin və qurumların jurnalistlərinə çox yaxındır. O deyib: "Bu forum mənim üçün daha çox həmkarlarımla görüşüb-danışmaq baxımından unudulmaz olacaqdır. Hamını görməyə, əvvəllər tanımadığım bəzi insanlarla tanış olmağa çox şadam, Biz jurnalistləri çox şey birləşdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB