Türkiyənin cənub-qərbində partlayış baş verib

Türkiyənin cənub-qərbində partlayış baş verib

Türkiyənin cənub-şərqindəki Bingöl şəhərində intiharçı-terrorçu olduğu güman olunan şəxs partlayış törədib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində azı bir nəfər həlak olub, on nəfərdən artıq adam yaralanıb.

KİV-in məlumatına görə, partıayış şəhərin mərkəzində yerli vaxtla saat 13.00-a yaxın baş verib. Türkiyə DİN-in rəhbəri Naim Şahin Bingəldə partlayışın baş verməsi barədə məlumatı təsdiqləyib. Hadisənin baş verdiyi rayon polis tərəfindən mühasirəyə alınıb, təcili yardım maşınları oraya yollanıb. Partlayış nəticəsində evlərə və küçədəki avtomobillərə zərər dəyib.

Hələlik Türkiyədə fəaliyyət göstərən qruplaşmalardan heç biri Bingöldəki partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə