Ermənilər uzun illərdi ki, yalançı, uydurma tarixi faktlarnan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin onlara məxsus olduğunu bildirirlər. Ancaq Tərtərdə erməni daşnaqlarınım ağıla sığmaz bu iddialarını inkar edən tarixi abidə var. Rayonun Şixarx kəndində yerləşən abidə 19 əsrdə tikilib. İki əsirlik yaşı olan abidə erməni saxtakarlığının bariz nümunəsidir.
Tarixi faktlar göstərir ki, ermənilər ilk olaraq İranın Marağa kəndindən 1828-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə köçürülüb.Qarabağda yaşamalarını 150 illik yubleyi ilə əlaqədər 1978-ildə Tərtərdə abidə ucaldılıb. Azərbaycan tarixini saxtalaşdırmaq məqsədi ilə ermənilər bu abidəni 1991-ci ildə dağıdıblar. Dağılmış abidə yerli sakinlər tərəfindən bu günə qədər qorunub saxlanır ki, zamanı gələndə bundan lazımınca istifadə edilsin.
Kənd sakinlərinin sözlərinə görə, ermənilər abidəni tikdirən zaman erməni ziyalıları Qarabağda yaşamalarını 150 illik yubleyini qeyd ediblər.1990-ci ilə qədər ermənilər anım mərasimlərini hər il davamlı olaraq keçirib.
Ancaq maraqlısı budur ki, Azərbaycan tarixi ücün önəmli olan bu abidə Mədəniyət və turuzum nazirliyi tərəfindən qeydə alınmayıb. Abidə isə günü-gündən məhv olur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB