Taner Yıldız: “Azərbaycanla imzalanan müqavilə BOTAŞ-ı 1 milyard dollarlıq itkidən qutardı”
Azərbaycan və Türkiyə arasında imzalanan enerji sazişləri paketi çərçivəsində Azərbaycan neftinin Türkiyə ərazisindən nəql edildiyi Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə sənəddə dəyişikliklərin edilməsinə dair saziş də var. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib. Onun sözlərinə görə, Azərbaycanla imzalanan qaz sazişləri çərçivəsində Bakı-Tiflis-Ceyhan (BTC) boru xəttinin Türkiyədən keçən hissəsinin operatoru olan "BOTAŞ İnternational Limited" (BİL) şirkətini zərərdən qurtarıb.
O, BOTAŞ-ın indiyə qədər BTC-nin Türkiyə hissəsinin istismarı üçün gərəkli olan təbii qazın hər 1000 kubmetrinə 550 dollar ödədiyini, lakin yeni anlaşmaya əsasən eyni məqsəd üçün bundan sonra bazar qiymətlərinin çox altında bir qiymətə təbii qaz alacaqlarını açıqlayıb. Nazir BOTAŞ-ın məruz qaldığı 100 milyon dollarlıq zərərin də "BTC Co." tərəfindən 2 il ərzində ödənəcəyini vurğulayıb. T.Yıldız BTC boru kəmərinin 2042-ci ilə qədər istismar olunacağını qeyd edərək deyib ki, əvvəlki razılaşmalara əsasən BOTAŞ bu müddətin yekununda 1 milyard dollarlıq itkiyə məruz qalacaqdı, yeni razılaşmalara əsasən isə 2042-ci ilə qədər 3,7 milyard dollar gəlir götürəcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB