30 oktyabr 2011-ci il tarixdən qış vaxtına keçidlə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcək. Belə ki, 55-56 saylı Bakı-Moskva sərnişin qatarı 31 oktyabr 2011-ci ildə etibarən həftənin I, III, V günləri saat 20.55-də Bakıdan yola yola düşəcək, həftənin VII, II, IV günləri saat 05.10-da Bakıya çatacaq. 31-31 saylı Bakı-Kiyev sərnişin qatarı həftənin II günləri saat 23-30-da Bakıdan yola düşəcək, həftənin II günləri saat 02-45-də Bakıya çatacaq. 38-37 saylı Bakı-Tbilisi sərnişin qatarı hər gün saat 20-45-də Bakıdan yola düşəcək, hər gün saat 10-20-də Bakıya çatacaq. 313-314 saylı Bakı-Sankt-Peterburq sərnişin qatarı həftənin III günləri saat 23-30-da Bakıdan yola düşəcək, saat 05-10-da Bakıya çatacaq. 369-370 saylı Bakı-Xarkov sərnişin qatarı həftənin IV günləri saat 23-30-da Bakıdan yola düşəcək, həftənin III günləri saat 02-45-də Bakıya çatacaq. 373-374 saylı Bakı-Tümen sərnişin qatarı 30 oktyabr 2011-ci ildən etibarən günaşırı (ayın cüt tarixləri) 05-00-da Bakıdan yola düşəcək, günaşırı (ayın cüt tarixlərində) 0-25-də Bakıya çatacaq. 391-392 saylı Bakı-Rostov sərnişin qatarı həftənin I və VI günləri saat 23-30-da Bakıdan yola düşəcək və həftənin I və VI günləri saat 05-10-da Bakıya çatacaq. Yerli itsiqamətdə hərəkət edən bəzi qatarların Bakıya çatma vaxtlar ında da bəzi dəyişiklilər ediləcəkdir. Belə ki, 616-615 saylı Bakı-Mingəçevir Ekspress qatarı Bakıya saat 15-02-də deyil, saat 14-53-də, 618-619 saylı Bakı-Astara Ekspress qatarı saat 23-30-da deyil, saat 23-20-də Bakıya çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB