ATƏT Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağı müzakirə edəcəklər
ATƏT Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçiriləcək yığıncağında ATƏT Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağı müzakirə edəcəklərDağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə ediləcək. Qurmun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Şuranın dekabrın 6-7-də Vilnüsdə keçiriləcək illik yığıncağı çərçivəsində Dağlıq Qarabağla yanaşı Dnestryanı və Gürcüstanda həlli uzanan münaqişələrlə bağlı danışıqlar prosesinin gedişi qiymətləndiriləcək.
Toplantıda enerji təhlükəsizliyi, kiber təhlükələr və narkotiklərin qanunsuz dövriyyəsi, Əfqanıstan və Aralıq dənizi ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq və etimadın möhkəmləndirilməsi tədbirləri müzakirə ediləcək. İclasın yekununda Litva təşkilatda sədrliyi İrlandiyaya ötürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB